Ağcabədidə sahibkarlar üçün treninq keçirilib
Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq mayın 20-də Ağcabədidə təşkil edilib.
1news.az-ın məlumatına görə, “Sənayedə brendləşmə” və “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən tədbir İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilib.
Treninqdə mövzular üzrə təqdimatlar keçirilib, brend məhsullar və onların məqsədli bazarlara çıxarılması, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının və İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
1news.az