Bərdə rayonunda istehlakçıların hüquqlarına dair konfrans keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bərdə rayonunda istehlakçıların hüquqlarına dair konfrans keçirilib

00:04 - 21 / 05 / 2016
Bərdə rayonunda istehlakçıların hüquqlarına dair konfrans keçirilib

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  tərəfindən Bakıda və ölkənin regionlarında mütəmadi olaraq istehlakçı hüquqlarına dair maarifləndirici tədbirlər təşkil edilir.

1news.az-ın məlumatına görə, növbəti bu cür maarifləndirmə tədbiri mayın 20-də aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və 200-ə yaxın istehlakçının iştirakı ilə Bərdədə keçirilib.

“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda təşkil edilən konfransda çıxış edən Xidmətin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə, təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışıb, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik, istehlakçıların bilməli olduğu məsələlər, Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, istehlakçılar üçün dəyirmi masalar təşkil edilir, kütləvi informasiya vasitələrində istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq əhali arasında paylanılır.

Dövlət Xidməti tərəfindən ötən il və bu ilin dörd ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 105 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 7 mindən çox yaddaş kitabçası hazırlanaraq istehlakçılara paylanıb. Bu işlər hazırda da davam etdirilir.

Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair müxtəlif mövzularda məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən və xidmətlərdən istifadə edərkən diqqət yetirməli olduğu məsələlər barədə ətraflı məlumat verib, istehlakçıların suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

1news.az

 

Paylaş:
682

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər