Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

11:35 - 24 / 05 / 2016
Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) mayın 19-da Goranboy rayonunda işgüzar forum keçirib.

1news.az-ın məlumatına görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- südlük istiqamətli cins heyvandarlıq kompleksinin yaradılması;

- intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;

- gips əsaslı üzlüklər və dam örtükləri istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

1news.az

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər