Vüsal Qasımlı: “Yaşıl dəhliz” sahibkar məmnuniyyətini artıracaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüsal Qasımlı: “Yaşıl dəhliz” sahibkar məmnuniyyətini artıracaq

12:12 - 24 / 05 / 2016
Vüsal Qasımlı: “Yaşıl dəhliz” sahibkar məmnuniyyətini artıracaq

Prezident İlham Əliyev 2016-cı il 21 may tarixli fərmanla “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydalarını” təsdiq edib.

1news.az-ın məlumatına görə, fərmanın əhəmiyyətini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, fərmana əsasən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçməsi üçün aşağıdakı buraxılış sistemləri tətbiq ediləcək: Yaşıl, mavi, sarı və qırmızı dəhlizlər. Malın hansı dəhlizdən keçməsini avtomatlaşdırılmış elektron informasiya sistemi risk qiymətləndirilməsi əsasında həyata keçirəcək.

“Fərman məmur-sahibkar münasibətlərini rəqəmsallaşdıracaq ki, bu da açıq hökumət prinsiplərinə uyğundur. Bu, idxalatçıya nə verir? İlk növbədə sahibkar məmnuniyyəti. Çünki idxalçıdan yeganə tələb odur ki, gömrük sərhədini keçməzdən ən azı 1 saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərsin. “Yaşıl dəhliz”dən istifadə zamanı idxalçıdan sadəcə olaraq sərhəd buraxılış məntəqələrində məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi tələb olunur.

“Yaşıl dəhliz”dən istifadə edən idxalatçılar gömrük sərhədini keçdiyi andan öz malları üzərində sərəncam verə biləcəklər. Bəs necə olur ki, elektron informasiya sistemi riski aşağı qiymətləndirir və idxalçı “Yaşıl dəhliz”dən istifadə edir? Bunun yeganə yolu maliyyə intizamı, əvvəllər aparılan idxal əməliyyatlarının qanuna uyğunluğu, gömrük və vergi borcunun olmaması, inzibati və ya cinayət məsuliyyətinin yoxluğu və malların düzgün uçotudur. Deməli, “Yaşıl dəhliz” təkcə sahibkar məmnuniyyəti deyil, həm də sahibkarlıq fəaliyyətinin qanunauyğunluğunun stimullaşdırılmasıdır.

Hər bir idxalçı qəbul etməlidir ki, əgər risk ehtimalını artırsa, onda uyğun olaraq mavi, sarı və qırmızı dəhlizlərdən istifadə etməli olacaq. Məsələn, “Qırmızı dəhliz”də gömrük nəzarətinin bütün formaları tətbiq olunur. Aydındır ki, hər bir sahibkar qanunlara daha çox riayət etməklə və məsuliyyətli olmaqla “Yaşıl dəhliz”dən istifadə hüququ qazanmağa çalışacaq”.

V.Qasımlı hesab edir ki, bu cür yanaşma idxal edilən malın gömrük qeydiyyatına alınması üçün əlavə stimul yaradacaq və dövlət büdcəsinə gömrük rüsumu, ƏDV, aksiz və yol vergisinin alınması imkanlarını daha da genişləndirəcək. İdxal zamanı rəsmi qeydiyyata düşməklə sonra həmin məhsulların ölkə daxilində də leqal dövriyyəsi təmin edilir. Bu isə dövlət büdcəsinin gəlirlərinin təmin olunması və biznesin daha da leqallaşdırılması üçün əlavə imkanlar yaradır:

2015-ci il ərzində gömrük hüquqpozmaları sahəsində 579 cinayət xarakterli fakt və 8627 inzibati xəta faktlarının qeydə alındığını deyən ekspertin sözlərinə görə, “Yaşıl dəhliz”in tətbiqi həm cinayət, həm də inzibati xəta faktlarının azalmasına şərait yaradacaq:

“Bu xüsusda daha bir vacib məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin dizayn verdiyi iqtisadi islahatlar kompleks xarakter daşıyır. Belə ki, Cinayət Məcəlləsinə edilən son dəyişikliyə əsasən iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyət yüngülləşdirilir və dekriminallaşdırılır. Məsələn, əvvəllər   vergi və   gömrük  rüsumlarından 2000 manat  məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdisə, indi bu hədd 20 min manat olub. Həmçinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manatdan 20 min manata çatdırılıb. Bu da həmin məbləğə qədər olan hissədə əməllərin dekriminallaşdırılması deməkdir. Statistik  təhlillərə əsasən cinayət məsuliyyəti   yaradan məbləğin artırılması vergidən yayınma cinayət işlərinin təqribən  40%-ni,   qanunsuz sahibkarlıq cinayət işlərinin 30%-ni dekriminallaşdıracaq. “Yaşıl dəhliz”in tətbiqi və dekriminallaşdırma azad sahibkarlığın inkişafını sürətləndirir”.

Qeyd olunub ki, 2015-ci ildə Azərbaycana idxalın 495,4 milyon ABŞ dolları dəniz nəqliyyatı, 5,1 milyard ABŞ dolları dəmir yolu nəqliyyatı, 1,9 milyard ABŞ dolları avtomobil nəqliyyatı və 15,5 milyon ABŞ dolları hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilib. Fərmana əsasən, bütün gömrük sərhəd buraxılış məntəqələrində buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılacaq. Yəni sahibkar dəmiryolu, hava yolu, su yolu və avtomobil yolu ilə idxal əməliyyatı həyata keçirərkən “Yaşıl dəhliz”dən faydalana biləcək.

V.Qasımlı bildirib ki, Azərbaycanda gömrük islahatları sahəsində atılan addımlar Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatında ölkəmizin “Beynəlxalq ticarət” kriteriyası üzrə mövqelərinin yaxşılaşdırılması üçün zəmin yaradır. Xüsusən idxal zamanı sərhəd və gömrük nəzarətinə sərf edilən vaxt və xərc, həmçinin sənədlərin rəsmiləşdirilməsinə tələb olunan zaman və xərcin azalması proqnozlaşdırılır:

“Qeyd edilməlidir ki, Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edərək xidmət haqqını 50 AZN-ə endirib. Azərbaycanda aparılan digər sürətli iqtisadi islahatları da nəzərə alsaq, ölkəmizin növbəti “Doing Business” hesabatında sürətlə irəliləməsinin şahidi olacağıq.

İslahatın növbəti mərhələsində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılması təşkil ediləcək. Bununla da, vahid informasiya bazası dövlət idarəetməsinin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına töhfə verəcək. Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığının təmin edilməsi isə ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasının qarşısının alınmasına hesablanıb”.

V.Qasımlı hesab edir ki, Azərbaycanda “Yaşıl dəhliz”in yaradılması ölkəmizin Şərq-Qərb və Şimal-Cənub daşımalarında əhəmiyyətini daha da artırır. Belə ki, Azərbaycan və Qazaxıstan arasında, eyni zamanda Qazaxıstanla Çin arasında ikitərəfli qaydada  “yaşıl dəhliz”in yaradılması Böyük İpək yolu üzrə daşımaların sürətləndirilməsini təmin edir:

“Yəni Bakıdan Şanxaya qədər uzanan “yaşıl dəhliz” təkcə Azərbaycan deyil, həm də tranzitlə məşğul olan sahibkarlar üçün cəlbedicidir. Digər tərəfdən isə ikitərəfli qaydada Azərbaycan, Rusiya və İran arasında “yaşıl dəhliz” Şimal-Cənub istiqamətində də nəqliyyat dəhlizinin imkanlarını genişləndirəcək. Nəzərə alanda ki, Azərbaycanın yaxın perspektivdə kənd təsərrüfatı və ərzaq malları kimi bazarlara tez çatdırılması tələb olunan ixrac potensialı genişdir, onda “yaşıl dəhliz”in əhəmiyyəti bir qədər də artmış olur.

Azərbaycanda aparılan davamlı iqtisadi islahatların tərkib hissəsi olaraq gömrük islahatlarının yeni mərhələsinin əsası “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamı ilə qoyulub. Hazırda Azərbaycanın gömrük sistemində islahatlar Dünya Gömrük Təşkilatının qəbul etdiyi “21-ci əsrdə gömrük” adlı sənəddə irəli sürülən müddəaların ruhuna tam uyğundur. Cənab Prezident İlham Əliyevin apardığı gömrük islahatları sürətlə dəyişən infromasiya-kommunikasiya texnologiyalarının, həmçinin qloballaşan dünyada nəqliyyat-logistika və liberal ticarətin gətirdiyi yeniliklərlə ayaqlaşır”.

1news.az

Paylaş:
2874

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər