Mərkəzi Bank valyuta məzənnələrini açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 25 may tarixinə valyuta məzənnələrini açıqlayıb.
1news.az Mərkəzi Banka istinadla xəbər verir ki, mayın 25-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,4900 manat təşkil edir.
Milli valyutaya nəzərən avronun məzənnəsi 1,6614 manat olub. 1 türk lirəsi 0,5052 manat, 1 rus rublu 0,0225 manatdır.
1news.az