“PAŞA Sığorta” Şirvanda yeni nümayəndəliyini istifadəyə verdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PAŞA Sığorta” Şirvanda yeni nümayəndəliyini istifadəyə verdi – FOTO

11:00 - 25 / 05 / 2016
“PAŞA Sığorta” Şirvanda yeni nümayəndəliyini istifadəyə verdi – FOTO

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən “PAŞA Sığorta” şirkəti  may ayının 20-si Şirvan şəhərində yeni nümayəndəliyini müştərilərin xidmətinə verib.

Təntənəli açılış mərasimində “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak edib.

Müasir tələblərə tam cavab verən yeni nümayəndəlik Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 33 ünvanında  fəaliyyət göstərəcək.

Nümayəndəlik şəbəkəsinin genişlənməsi “PAŞA Sığorta” şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan “PAŞA Sığorta” 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi edib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Paylaş:
852

Son xəbərlər

Bütün xəbərlər