Azərbaycanın üç bölgəsində təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakıda, eləcə də Bərdə və Ağcabədi rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu haqda 1news.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, “Nizami-Nərimanov” qaz ölçü qovşağının yerinin dəyişdirilməsi, qaz ölçü qovşaqlarından qidalanan orta təzyiqli yeraltı və yerüstü qaz kəmərlərində texniki baxış işləri aparılan zaman aşkar olunmuş sızmaların ləğvi və abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə mayın 26-da saat 09.00-dan işlər yekunlaşanadək Bakının Nərimanov rayonunun, eləcə də Bərdə və Ağcabədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
1news.az
488