Ceyms Uorlik: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub”
Xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüşün vaxtı məlum olub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Görüş mayın 31-də Brüsseldə baş tutacaq.
O bildirib ki, həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla isə iyunun 2-də Parisdə görüşəcəklər.
1news.az
501