“PAŞA Sığorta” 10 illik yubileyi ilə əlaqədar “Ən yaxşı qonşu” adlı yeni əmlak sığortası kampaniyasını müştərilərə təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PAŞA Sığorta” 10 illik yubileyi ilə əlaqədar “Ən yaxşı qonşu” adlı yeni əmlak sığortası kampaniyasını müştərilərə təqdim edir

17:50 - 26 / 05 / 2016
“PAŞA Sığorta” 10 illik yubileyi ilə əlaqədar “Ən yaxşı qonşu” adlı yeni əmlak sığortası kampaniyasını müştərilərə təqdim edir

Azərbaycan sığorta bazarının lideri olan “PAŞA Sığorta” 10 illik yubileyi ilə əlaqədar “Ən yaxşı qonşu” adlı yeni əmlak sığortası kampaniyasını müştərilərinə təqdim edir. Kampaniyanın əsas məqsədi daha az xərclə insanların rahatlığını və təhlükəsizliyini təmin etməkdir.

May ayının 26-dan iyun ayının 16-na kimi davam edəcək kampaniya müddətində “PAŞA Sığorta”nın rəsmi Facebook səhifəsində “Ən yaxşı qonşu” adlı aksiya keçiriləcək. Aksiyada iştirak etmək istəyən şəxslər şirkətin rəsmi Facebook səhifəsində yerləşdirilmiş “Ən yaxşı qonşu” başlıqlı tətbiqə daxil olaraq özləri haqqında şəxsi məlumatlarını əlavə edib aksiyada iştirak etmək hüququ əldə edəcəklər və 10 suala cavab verərək ballar qazanacaqlar. Aksiyanın şərtlərinə əsasən iştirakçılar topladıqları ballara uyğun olaraq şirkətin əmlak sığortası məhsulları üzrə 5%-dən 25%-ə qədər endirimlərdən yararlanmaq imkanı qazanacaqlar. 10 bal toplayan ilk 10 iştirakçı isə şirkətin əmlak sığortası üzrə “Yaşıl Bakı” məhsulunun Çinar paketini hədiyyə olaraq əldə edəcəkdir.

Aksiyada iştirak etmək üçün: PASHA Insurance

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan “PAŞA Sığorta” 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir.  Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Paylaş:
601

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər