Neftin qiyməti 50 dolları ötdü | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti 50 dolları ötdü

09:13 - 26 / 05 / 2016
Neftin qiyməti 50 dolları ötdü

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.72% artaraq 50.10 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.67% artaraq 49.89 dollar təşkil edib.

1news.az

Paylaş:
1066

Son xəbərlər

Bütün xəbərlər