41200 ədəd siqaretin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb – FOTO
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 41200 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
1news.az-ın məlumatına görə, İdarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunun gömrük nəzarəti zonasında 2 avtomobilə baxış keçirib.
Yoxlama zamanı avtomobillərin müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 41200 ədəd siqaret aşkar edilərək götürülüb.
1news.az
632