Respublika günü Litvada qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Respublika günü Litvada qeyd olunub – FOTO

10:39 - 26 / 05 / 2016
Respublika günü Litvada qeyd olunub – FOTO

Mayın 24-də Litva Respublikasının paytaxtı Vilnüs şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May – Respublika Gününə həsr olunmuş qəbul təşkil edilib.

1news.az-ın məlumatına görə, qəbulda Litva Respublikası Seym sədrinin birinci müavini Vidas  Qedvilas Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçius, ətraf mühit naziri Kestutis Treçiokas, Fövqəladə Hallar Departamentinin direktoru, general Remigiyus Baniulis, “LRT” dövlət kanalının baş direktoru Audrius Siauruseviçius, baş nazirin müşaviri Antanas Vinkus, Seymin Xarici İşlər Komitəsinin sədri Benediktas Yuodka və Seymin üzvləri,  təhsil, mədəniyyət və kənd təsərrüfatı nazirlərinin müavinləri,  Litvanın siyasi və ictimai xadimləri, universitet rektorları və müəllimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli KİV nümayəndələri, Litvada daimi yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri  iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Həsən Məmmədzadə çıxış edərək tədbir iştirakçılarına Respublika Günü haqqında məlumat verib. Səfir öz çıxışında Şərqdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış demokratik respublikanın fəaliyyəti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərli ilə Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrilməsi haqqında, o cümlədən Azərbaycan və Litva arasında humanitar sahədə həyata keçirilən mədəniyyət layihələr barədə danışıb.

Daha sonra qonaqlara Azərbaycanlı musiqiçi və bəstəkar Teymur Nadirin rəhbərliyi ilə hazırlanmış musiqi proqramı təqdim edilib. Proqram çərçivəsində Litvada yaşayan gənc müğənni Ülviyyə Cons-Rəhimovanın ifa etdiyi “Laçın”, “Əlvida” və digər mahnılar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda qonaqlara ziyafət verilib.

1news.az

Paylaş:
541

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər