Azərbaycanla İtaliya arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla İtaliya arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq müzakirə olunub

22:42 - 26 / 05 / 2016
Azərbaycanla İtaliya arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikası Senatının Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın məlumatına görə, görüş zamanı Azərbaycan-İtaliya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan və İtaliya arasında mövcud ikitərəfli əməkdaşlığın məmnunluq doğurduğu vurğulanaraq, bunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərdiyi qeyd olunub.

Senator V.Kiti Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm tərəfdaşlardan biri olduğunu qeyd edərək, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, irimiqyaslı enerji layihəsi hesab olunan Cənub Qaz dəhlizinin vacib komponentləri olan TAP və TANAP layihələrinin Avropa İttifaqı, xüsusilə də İtaliya üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazir E.Məmmədyarov İtaliya və Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri, ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib. O, İtaliya-Azərbaycan arasında imzalanmış Strateji Əməkdaşlıq haqqında Sazişin ikitərəfli münasibətlərin strateji müstəvidə inkişafına mühüm töhfə verdiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verən nazir E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini və münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, Heydər Əliyev Fondunun İtaliyada mədəniyyət abidələrinin bərpası istiqamətində həyata keçirdiyi layihələri təqdir olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
367

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər