Zakir Həsənov İspaniyanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov İspaniyanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb - FOTO

11:55 - 26 / 05 / 2016
Zakir Həsənov İspaniyanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb - FOTO

İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bu ölkənin xarici işlər üzrə dövlət katibi İqnasio İbanez Rubio ilə görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan-İspaniya əməkdaşlığının hazırkı vəziyyətindən, xüsusən də siyasi müstəvidə əlaqələrin səviyyəsindən məmnunluğun ifadə edildiyi görüşdə general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, onların nəticələri, eləcə də münaqişənin həlli istiqamətində aparılan son danışıqlar barədə qarşı tərəfə məlumat verib.

Nazir bildirib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır.

Dövlət katibi isə öz növbəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə hər iki ölkənin BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqları bildirilib. Bundan əlavə, beynəlxalq terrorizmə və separatizmə qarşı mübarizə sahəsində Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib.

1news.az

 

Paylaş:
421

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər