Zaqatalada iki avtomobil toqquşdu, sərnişin öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada iki avtomobil toqquşdu, sərnişin öldü

14:33 - 27 / 05 / 2016
Zaqatalada iki avtomobil toqquşdu, sərnişin öldü

Zaqatala rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 20:00 radələrində sözügedən rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, Rusiya vətəndaşı Nəriman Şabanovun idarə etdiyi “Mercedes” və rayon sakini İbrahim İbrahimovun idarə etdiyi “Moskviç” markalı avtomobillər toqquşub. Nəticədə İ.İbrahimovun sərnişini Feyzulla Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər