Azərbaycan İslam dünyası ilə Qərb arasında mədəni körpüdür | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan İslam dünyası ilə Qərb arasında mədəni körpüdür

16:03 - 28 / 05 / 2016
Azərbaycan İslam dünyası ilə Qərb arasında mədəni körpüdür

Azərbaycanın Pakistandakı səfirliyi 28 May -Respublika Günü münasibəti ilə İslamabad şəhərindəki "Serena” mehmanxanasında təntənəli mərasim keçirib.

Pakistanın dövlət naziri Məhəmməd Baliğur Rəhmanın ali qonaq qismində qatıldığı tədbirdə ordu generalları və digər yüksək rütbəli zabitlər, Xarici İşlər Nazirliyinin idarə rəisləri, digər dövlət və hökumət rəsmləri, tanınmış ziyalılar, xarici ölkələrin səfirləri, digər diplomatlar, jurnalistlər və Pakistanda yaşayan azərbaycanlılar iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan Prezidenti Məmnun Hüseynin portretləri asılmış salonda müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafı haqqında videoçarx nümayiş etdirilib, milli musiqimiz səsləndirilib.

Məhəmməd Baliğur Rəhman Azərbaycana səfərini xatırladıb və onun gündən-günə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan və Pakistanının münasibətləri dostluq və qardaşlıq dəyərlərinə əsaslanır. Pakistan daim Azərbaycanın yanındadır və Ermənistanın Azərbaycan torpaqlarının işğalını ən sərt şəkildə qınayır. Pakistan Senatı Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Azərbaycan da çətin zamanlarda Pakistanın yanında olub, Heydər Əliyev Fondu burada mühüm humanitar layihələr həyata keçirib.

Çıxış edənlər Azərbaycan xalqının azadlıq əzmindən, dövlətçilik ənənələrindən və zəngin mədəniyyətindən danışıblar. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa müddət ərzində görülən işlərdən söhbət açılıb. Diqqətə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu gün müasir dövlət quruculuğu yolunda inamla irəliləyir, İslam dünyası ilə Qərb arasında mədəni körpü rolunu oynayır.

Çıxışlarda Azərbaycanla Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın hərtərəfli dəstəyindən, Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələrdən bəhs olunub.

Qonaqlara Azərbaycan həqiqətləri, ölkəmizin iqtisadi və turizm potensialından bəhs edən kitab və broşurlar paylanıb.

1news.az

Paylaş:
545

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər