Hikmət Hacıyev: NATO ölkələri növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: NATO ölkələri növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər

17:25 - 31 / 05 / 2016
Hikmət Hacıyev: NATO ölkələri növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər

Xarici işlər naziri Elmar Məmmədyarov 31 may tarixində NATO-nun mənzil qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Şimali Atlantika Şurasının NATO-nun ali siyasi qərarverici orqanı olduğunu diqqətə çatdıran XİN rəsmisi bildirib ki, iclasda NATO üzv dövlətlərinin təşkilat yanında daimi nümayəndələri, səfirlərin əksəriyyəti NATO-nun zirvə toplantılarında dövlət və hökumət başçıları səviyyəsində qəbul edilmiş bəyanatlardan çıxış edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək və hörmətlərini ifadə ediblər.  

NATO üzv dövlətlərinin daimi nümayəndələri Vyana görüşündə qeyd olunduğu kimi Ermənistan-Azərbaycan münaqişənin həlli üzrə substantiv və hərtərəfli danışıqlara başlamağı dəstəklədiklərini vurğulayıb və mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildiriblər.

“Azərbaycanın alternativ mənbə kimi Avropanın enerji təhlükəsizliyində rolu, Azərbaycan əsgərlərinin NATO üzv dövlətlərinin əsgərləri ilə beynəlxalq sülh və təhlükəsizlik naminə çiyin-çiyinə Əfqanıstanda xidməti, Əfqanıstan əməliyyatı üçün Azərbaycanın təmin etdiyi tranzit imkanları, həmçinin Azərbaycanın ikitərəfli əsasda Əfqanıstana davamlı inkişaf təyinatlı dəstəyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib.

Həmçinin, Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası proqramlarında iştirakı və müəyyən edilmiş məqsədlərin icrasında əldə etdiyi uğurları təqdir edilib”- deyə. H.Hacıyev qeyd edib.

1news.az

Paylaş:
920

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər