Fərhad Məmmədov: Vyana görüşündən sonra Dağlıq Qarabağ üzrə danışıqlardan nə gözləmək olar?
Rusiyanın aparıcı analitik nəşri, “Россия в глобальной политике” jurnalı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun “Vyana görüşündən sonra Dağlıq Qarabağ üzrə danışıqlardan nə gözləmək olar?” adlı məqaləsini dərc edib.
Məqalədə müəllif aprel hadisələrinin nəticələrini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gələcək şərtləri və imkanlarını analiz edir.
Məqaləni olduğu kimi diqqətinizə çatdırırıq:
Dördgünlük eslakasiya 22 il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesinin dinamikasını artırdı. ATƏT-in Minsk qrupu həmsədrləri xarici işlər nazirləri səviyyəsində Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada keçirilən görüşündə iştirak etdi ki, bu da danışıqlara verilən önəmi nümayiş etdirir.
Həmsədr ölkələrin bəyanatlarından aydındır ki, yeni eslakasiyanın başlanmasına yol verməmək və substantiv danışıqların davam etdirilməsi daha vacibdir. İlkin məqsədə nail olmaq üçün ATƏT sədrinin təmas xəttində insidentlərin araşdırılması üzrə şəxsi nümayəndəsinin ofisini genişləndirmək qərarı alındı. Bu şərtlə Azərbaycan və Ermənistan prezidentləri hər hansı bir sənədə imza atmadan şifahi olaraq razılaşdılar. Bu üsul həmçinin aprelin əvvəlində Moskvada Azərbaycan və Ermənistan Baş Qərargah rəhbərləinin görüşündə atəşin dayandırılması ilə bağlı razılaşmalar zamanı da əldə edildi.
Beləliklə, öz aralarında şifahi olaraq razılaşan tərəflər həmsdərlərin vasitəçiliyi ilə aydınlaşdırır ki bu, xoşməramlı aktdır və əsla öhdəliklərlə məhdudlaşdılmayıb.
Digər tərəfdən də, substantiv danışıqların başlanması üçün bir ay vaxt təyin edilib ki, tərəflər bununla da razılaşıb. Yəni həmsədrlər iki nəticə əldə edib ki, bunların da hər biri münaqişə tərəfini məmnun edir. Ermənistan çoxdandır gözlədiyi insidentlərin araşdırılması mexanizmini əldə etdi. Azərbaycan isə bunun əlehinə çıxış edərək status-kvonu təsbit edən istənilən fəaliyyətləri qəbul etmir. Azərbaycan isə öz növbəsində ümid edir ki, iyunda danışıqlar prosesinin imitasiyası deyil, predmeti yenilənəcək.
Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında razılaşmalar maddələrlə göstərilərək şifahi xarakter daşıyır, o zaman bir sual aktuallaşır: danışıqlar prosesinin davam etdirilməsi üçün obyektiv maneələr varmı?
Münaqişələrlə məşğul olan ekspert cəmiyyəti həm daxili, həm də xarici mahiyyətli bir neçə maneəni sadalayır: cəmiyyətin güzəştlərə mənfi yanaşması, danışıqlar prosesinin mahiyyəti (mərhələli və ya hissələrlə nizamlanma) və prosesə beynəlxalq cəlb edilmə (təhlükəsizliyin təmin edilməsi və sülhməramlıların cəlb edilməsilə).
Cəmiyyət buna hazırdırmı? Əgər 22 il davam edən nisbi atəşkəsdən danışsaq, o zaman çox hallarda cəmiyyətin güzəştlərə və dinc birgəyaşayışa hazır olmadığını eşidəcəyik.
Əsas sual isə belə səslənəcək: dünyanın hansı ölkəsində müharibədən sonra cəmiyyət sülhə hazır olub? Oxşarlıqlar varmı? Danışıqlar prosesi bağlı qapılar arxasında keçirilir və bütün bu zaman ərzində nəticələrdən yüksək gözləntilər olur.
İstənilən qəbul edilən qərar mütləq olaraq kompromis və güzəştləri özündə cəmləşdirəcək. Bunları cəmiyyətə başa salmaq lazımdır və bunu ölkələrin siyasi liderləri etməldir. Ekspertlərin çoxu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın güzəştlərə getdiyi qərarından sonrakı taleyini xatırladır.
Aprel eslakasiyasından sonra hər iki cəmiyyətlərdə konsalidasiya prosesi müşahidə olundu ki, bundan da prezidentlər istifadə edə bilər. Azərbaycan Prezidenti iqtidar partiyasının sədridir ki, bu da parlamentdə konstitusiya çoxluğuna sahibdir. Müxalifət isə parçalanıb və cəmiyyətdə heç bir nüfuza sahib deyil. Lakin bu halda da o hökumətlə qarşıdurmaya getməyəcək. Belə ki, torpaqların işğal olunması ümummilli problemdir və heç bir altenativ yanaşması nəzərdə tutulmayıb.
Ermənistanda hazırki prezidentin istefası və ya hakimiyyətdən kənarlaşdırlamsından bəhs edilsə də, lakin obyektiv olaraq tam fərqli bir vəziyyətdir. Heç bir partiyaya mənsub olmayan, parlamentin koalisiya nümayəndələri ilə çalışan və hər zaman bu faktı danışıqlar prosesinin uzanması üçün istifadə edən Robert Koçaryandan fərqli olaraq Serj Sarkisyan Respublika partiyasının rəhbəridir, erməni parlamentində konstitusiya çoxluğuna malikdir. Bununla yanaşı, Sarkisyan orduda olub və müdafiə rəhbərliyini şəxsən bilir, bu da ermənilərin qiyam ssenarisini gündəmdən salır. Həmçinin o, Dağlıq Qarabağdan olanları təmsil edir, eləcə də orada dəstək və etibara sahibdir.
Buna görə də, danışıqlar prosesinin bu mərhələsi cəmiyyətlərin daxili narazılıqları faktorları ilə xarakterizə edilir. Belə ki, münaqişə tərəflərinin liderləri öz ölkələrində siyasi məkana nəzarət edir və konkret qərarlar verə bilərlər.
“Hər şey və dərhal” və ya mərhələli olaraq? Bu məsələyə aprel eslakasiyasına qədər böyük diqqət ayrılırdı. Bu da hazırki status-kvoda ilə danışıqlar prosesinin bütün elementlər “paketini” həll edilməsinin qeyri-mümkünlüyünü nümayiş etdirdi. Status-kvonun dəyişdirilməsi, yəni regionun hərbsizləşdirilməsi, erməni silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması münaqişənin çoxmərhələli nizamlanması prosesinin ilkin addımıdır.
Təcrübə göstərdi ki, təmas xəttinə müşahidəçilərin tətbiq edilməsi və ya snayperlərin çıxarılamsı etibarın bərpa olunmasına gətirib çıxarmadı. Bu, yuxarıda sadalanan praktik addımlardan irəli gələ bilər. Lakin Ermənistan silahlı qüvvələrinin çıxarılmasında sonra münaqişənin həlli üçün güc tətbiq etmək mümkün olmayacaq.
Beynəlxalq cəlb edilmə və zəmanət. Beynəlxalq zəmanətin xarakterik məsələləri və beynəlxalq cəmiyyətin məsuliyyəti nizamlanma prosesinin, həmçinin sülhməramlı missiya haqqında ekspert cəmiyyəti ilə müzakirə olunacaq. Sülhməramlı missiyanın tərkibi deyil, onun mahiyyəti və müəyyən zaman kəsiyində səlahiyyətləri daha vacibdir: məsələlər hansı formada təqdim ediləcək və nizamlanmanın hansı mərhələsinə cəlb ediləcək?
Əlbəttə ki, bu, danışıqlar prosesindən və onun həyata keçirilməsindən asılı olacaq. Danışıqların ilkin mərhələsində missiyanın tərkibi ilə bağlı məsələlər atın qarşısına araba qoymağa bənzəyəcək.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bir neçə düyünlü ziddiyyət olacaq ki, bu düyünü çözən digəri ilə məşğul olacaq. Məhz konstruktivlik müasir şəraitdə nizamlanmanın mərhələli həllinin başlanğıcıdır və dialoq və güc tətbiq edilməsi mərhələsində “müəyyən qeyri-müəyyənliyin” qurunub saxlanılmasıdır.
Beləliklə, sadalanan subyektiv maneələr uzunmüddətli sülhə nail olması şərtlərinə çevrilə bilər. Vyanda Minsk qrupu həmsədrlərinin bəyanatı iyunda danışıqlar prosesinin xoşməramlı predmetini nümayiş etdirir. Prosesin real əsası olmayan maneələrə istinadlarla uzanması təmas xəttində gərginliyin təkrarlanmasına gətirə bilər.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov