Sarkisyanın “pinq-ponq” siyasəti: iflas astanası çırpıntılar – Newtimes.az
Ermənistan rəhbərliyi aprel müharibəsində aldıqları zərbədən sonra düşdüyü psixoloji apatiyadan çıxa bilmir.
Prezident Serj Sarkisyanın apardığı siyasəti təhlil edərək, bir sıra erməni ekspertlər onun kənardan verilən direktivlərlə bir mövqedən digərinə keçdiyini söyləyir, bu mənada onu pinq-ponq oyununda ora-bura atılan top kimi xarakterizə edirlər.
Siyasətdə stolüstü tennis topuna bənzəmək, təbii ki, şərəfli iş deyil. Ancaq elə S.Sarkisyanın da hər şeyi var, bircə şərəfi yoxdur. Bundan başqa, Ermənistan dövlətinin xarici siyasəti də bərbad vəziyyətdədir. İndi cəmiyyətdə yaranmış çaşqınlığın necə aradan qaldırılacağını Ermənistanda bilən yoxdur. Bu prizmadan Cənubi Qafqazın bu qondarma dövlətinin taleyinin necə olacağı suallar yaradır.
Siyasət və tennis: ermənisayağı bənzərlik
Erməni ekspertlər yazırlar ki, hansısa dairələr Serj Sarkisyana ''get tullan'' əmrini verib. O da bütövlükdə Ermənistanın xarici siyasətini pinq-ponq topu kimi bir düşərgədən digərinə tullandırmaqdadır. Bu siyasi marginallığın adını isə rəsmi İrəvan ''müstəqil kurs'' qoyub (bax: Муса Микаелян. Внешнеполитический пинг-понг / ''1in.am'', 31 may 2016). S.Sarkisyan bir gün Avropa Xalq Partiyasının (EPP) Lüksemburqda keçirilən 40 illik yubileyində ''mürgüləyəndən'' sonra Astanaya Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclasına gedib. Onun bu gedişini erməni ekspertlər ''Avropadan Rusiyaya tullanma'' kimi qiymətləndiriblər.
Doğrudur, S.Sarkisyan ardıcıl olaraq ora-bura tullanır. Lakin özü bunun fərqində deyil. Çünki primitiv təfəkkürü geniş miqyaslı situasiyaları və onların arxasında duran məqamları dərk edə bilmir. Budur, Astanada tədbir iştirakçılarının gözünün içinə baxa-baxa, utanmadan, abır-həya gözləmədən donquldanır ki, Avrasiya İqtisadi İttifaqı Azərbaycanın ''aqressiyasına'' qarşı təşkilat olaraq dayanmalıdır. Sonra əlavə edir ki, Azərbaycanın xahişi əsasında atəşkəsə nail olunub və indi ''DQR ordusu'' vəziyyətə tam nəzarət edir (bax: Серж Саргсян выступил на саммите ЕАЭС / ''Lragir.am'', 31 may 2016).
Həmin aprelin 4 günündə erməni əsgəri də, onların baş komandanı sayılan terrorçu S.Sarkisyan da cücəyə dönmüşdülər. Azərbaycan əsgərinin qarşısında erməni əsgəri göz yaşı töküb ağlayırdı, S.Sarkisyan da gah Moskvaya, gah Brüsselə, gah da Berlinə şikayət edirdi. Bu Qarabağ terrorçusunun rəngi Ağrı dağının qarı kimi olmuşdu. Yalnız Kremlin təzyiqi, xahişi, yaxud inadı vasitəsi ilə Azərbaycan Ordusunun irəliləyişinə mane oldular.
Ən vacibi, rəsmi Bakı növbəti dəfə yüksək siyasi mədəniyyət, dialoqa sadiqlik, regionda sülh və barışa hörmət əlaməti olaraq atəşkəs təklifini qəbul etdi. İndi bu terrorçu, şəxsiyyətsiz və məntiqsiz adam Astanada deyir ki, Azərbaycan ''təcavüzkardır'', bizə kömək etməsəniz Ermənistan çökəcək, lakin biz vəziyyətə tam nəzarət edirik. Bir fikri ifadə edərkən bu qədər ziddiyyət içinə düşən S.Sarkisyan böyük dövlət işlərindən nə anlaya bilər? Heç bir şey.
Budur, baxın, Azərbaycana ''təcavüzkar'' deyən bir ölkənin KİV-ində hansı ruhda məqalələr dərc olunur. Onların hamısında hədə-qorxu, təhdid vardır (bunlar azərbaycanlılar üçün boş söz yığınından başqa bir şey deyil, çünki tarixən ermənilərin qadın və uşaq arxasından işlər görən, dinc adamlara qarşı terror törədən qorxaq məxluq olduqları məlumdur). Hətta ''alimləri'' və ''analitikləri'' belə aqressiyadan başqa bir şey demirlər.
Misal olaraq Ermənistanda ''professor'' adlandırılan Harnik Asatryan adlı bir erməni deyir ki, ''Azərbaycanı parçalamaq lazımdır'', ''Kürə qədər onun ərazisini zəbt edib, qeyri-türk qruplarla birləşməliyik'' və bu, ''ermənilərin üzərinə düşən tarixi missiyadır'', çünki ''Cənubi Qafqazı xərçəng şişindən xilas etməliyik'' (bax: Арам Саргсян. Раздробление Азербайджана реально: на армянство возложена миссия – избавить Южный Кавказ от злокачественной опухоли / ''1in.am'', 24 may 2016). Yalnız tək-tək intellekt sahibləri olan bəzi erməniləri çıxmaq şərti ilə digərləri məhz Asatryan adlanan məxluqat kimi düşünürlər. Budurmu sülhpərvər erməni dövlətçilik şüuru? Budurmu savaş meydanında tülküyə dönüb, sonra özünü ''şir'' kimi aparmaq istəyən erməni siyasi liderlik ənənəsi?
Faşist nökərinin erməni milli qəhrəmanı edilməsi: rəsmi İrəvanın növbəti nankorluğu
Erməni dövlətçiliyi başdan-ayağa yalanlar üzərində qondarılıb. Rusiyanın siyasi və elmi dairələri açıq deyirlər ki, ''Ermənistan Rusiya layihəsidir və Moskvanın iradəsindən kənarda belə bir ölkə yoxdur''. S.Sarkisyan isə 28 may günü ilə bağlı xalqa etdiyi müraciətində utanmadan deyir ki, ''bizim müstəqilliyimizi heç kəs hədiyyə etməyib'' (bax: Президент принял участие в праздновании дня республики / ''www.president.am'', 28 may 2016). Anlaşılmadı – erməniləri ''soyqırımı''na məruz qoyublar, yoxsa onlar mərdanə olaraq azadlıqları uğrunda müharibə aparıblar? Onları toyuq kimi biçiblər, yaxud ''qəhrəman erməni əsgəri'' süngüsü ilə azadlıq əldə edib?
Bunların heç biri olmayıb. Ermənistan adlanan dövləti Azərbaycan torpaqları üzərində ingilis-rus imperialist qüvvələri öz silahları gücünə yaradıblar. Burada ermənilər yardımçı cəllad rolunu oynayıblar ki, dinc müsəlmanları kütləvi qətlə yetiriblər. Ermənilər nifrət hissi ilə doğulur və bu hisslə də ölürlər. Nifrət edənlər əsla dövlət qura bilməzlər. Başqalarının qondardığı dövlət də uzun zaman mövcud ola bilməz.
İndi Ermənistanda baş verənlərə nəzər salsaq, dediklərimizdə tam haqlı olduğumuz təsdiq olunar. ''Qalib erməni ordusu''nda tutatut davam edir. Üç generaldan sonra indi də general Mels Çilingəryan, polkovniklər Armen Marqaryan və Mqer Papyan həbs ediliblər, onlara qarşı cinayət işi açılıb (bax: Следственный комитет Армении сообщил подробности задержания троих высокопоставленных военных: назначены товароведческие экспертизы / ''1in.am'', 31 may 2016).
Bunlar vəzifələrindən sui-istifadə edərək erməni ordusu üçün nəzərdə tutulan müxtəlif təyinatlı malları mənimsəyiblər. Məsələn, kəşfiyyata, mühəndis işlərinə, silahlanmaya istiqamətlənməli olan maliyyəni şəxsi məqsədləri üçün istifadə ediblər. Ermənistan ordusunda həyata keçirilən digər ''təmizləmə'' əməliyyatlarını da nəzərə alsaq, belə nəticə çıxara bilərik ki, bu silahlı qüvvələr tamamilə nöqsan içindədir.
Ordunun silahlanması yarımçıq, mühəndis istehkamları bərbad, qidalanması keyfiyyətsiz, əsgərlərin bir-birinə münasibəti düşməncəsinə, döyüş qabiliyyəti çox aşağı və s. Bəs onda belə bir silahlılar yığını nizami Azərbaycan Ordusunun hücumunun qarşısını necə ala bilərdi? İnanın, onların belə bir gücü olsaydı, indi hücumlara ara verməzdilər, yeni torpaqlar zəbt etməyə çalışardılar.
Məhz güclü orduları olmadığına görə prezidentləri S.Sarkisyan ora-bura tullanır, siyasi şou yaradır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından küsür, ekspertləri isə nifrətlərini Azərbaycanın yeni ərazilərinin işğal edilməsi xəyalını qurmaqla çıxarırlar. Reallıqda bu üsul erməniləri növbəti nevrotik vəziyyətə salacaq və onlar çox şeylər itirəcəklər.
Deyilənlərin ilk əlamətlərindən biri artıq özünü göstərib. Və bu, inanmayacaqsınız, ermənilərin havadarlarına, Ermənistan layihəsinin müəlliflərinə qarşı yönəlib. Məsələ ondan ibarətdir ki, İrəvanda Qaregin Njde adlı nasistə, rusların soyqırımını törətmiş, faşist Almaniyasına xidmət edən adama heykəl qoyulub. Rəsmi olaraq S.Sarkisyan da onu ziyarət edib (bax: Разве союзникам России можно героизировать нацистов? / ''Вестник Кавказа'', 31 may 2016).
Rusiyalı ekspert Sergey Markov ''rus xalqının soyqırımında iştirak etmiş bir adam hərbi cinayətkardır'', – deyib (bax: Установление в Ереване памятника Гарегину Нжде российские политологи расценили, как демарш Армении против России / ''1in.am'', 31 may 2016). Rəsmi İrəvan Rusiyaya düşmən olan birinin milli qəhrəman obrazını yaradırsa, deməli, növbəti nankorluğunu nümayiş etdirir. Kremlin bunu necə qəbul edəcəyi başqa mövzudur, lakin artıq görünür ki, ermənilər növbəti psixi-mənəvi anormallıq vəziyyətindədirlər.
Bütün bunlar S.Sarkisyanın bir siyasətçi olaraq bitməkdə olduğunu təsdiqləyir, ümumiyyətlə, Cənubi Qafqazda erməni dövlətçiliyinin baş tutmadığına işarə edir. Görünür, havadarlar nə dərəcədə tarixi səhv buraxdıqlarını etiraf etməlidirlər. Azərbaycanlılar demişkən, ''ziyanın yarısından qayıtmaqda da bir xeyir var''!