Aleksandr Karavayev: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Vaşinqton deyil, Moskva əsas rol oynayır” | 1news.az | Xəbərlər
Siyasət

Aleksandr Karavayev: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Vaşinqton deyil, Moskva əsas rol oynayır”

12:22 - 06 / 06 / 2016
Aleksandr Karavayev: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Vaşinqton deyil, Moskva əsas rol oynayır”

Azərbaycan və Ermənistna prezidentlərinin Vyanada ABŞ və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən görüşdən sonra ekspert cəmiyyətində belə bir fikir formalaşdı ki, amerikalılar Rusiyadan Dağlıq Qarabağ məsələsində təşəbbüsü ələ keçirdi və prezidentlərin Vyana görüşü bu mənada “imkanlar pəncərəsi” idi.

Misal üçün, bu fikrlə “Birinci informasiya” saytına müsahibə verən gürcü siyasətçi Gela Vasadze də razılaşıraq Dağlıq Qarabaq prosesində Amerika diplomatiyasının fəallaşması ilə bağlı öz fikirlərini bildirib.

Qeyd edək ki, Vyana görüşünün yekunu olaraq atəşkəsə riayət edilməsinin zəruriliyi barədə razılaşma əldə olunub, həmçinin iyunda Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabaq münaqişəsinin nizamlanması paramertlərini müzakirə edəcək növbəti görüşün yeri və vaxtını razılaşdıracaqlar.

Bir sözlə, ekspertlərin bu cür narahatlığı əsassız deyil. Belə ki, amerikalı diplomatlar aprelin əvvəlində Dağlıq Qarabağ münaqişə zonasında eslakasiya zamanı öz narahatlıqlarını bildiriblər ki, Qərb liderləri atəşin dayandırılması çağırışları ilə kifayətləndikləri halda, Rusiya prezidenti Vladimir Putin qərarlı olaraq hərəkət etdi. ABŞ üçün Dağlıq Qarabağ münaqişəsi həddindən artıq təhlükəlidir, bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, “Atlantic Council” analitik institutunun esperti Metyu Brayza öz məqaləsində qeyd edib (ABŞ-ın 2006-2009-cu illərdə ATƏT-in Minsk qrupundakı həmsədri).

1news.az  bu və digər məsələlərlə bağlı şərh üçün məşhur rusiyalı espert Aleksanr Karavayevə müraciət edib.

“ABŞ-ın Rusiyadan təşəbbüsü ələ keçirmək təklifi, daha çox ABŞ-ın baş nazirin müavini Co Baydenin İlham Əliyev və Serj Sarkisyanla telefon danışıqları ilə Amerikanın fəllığından başqa bir şey deyil. Buna görə də, düşünmürəm ki, ABŞ Moskva ilə Obama Administrasiyasının işinin son aylarınadək razılaşmadan öz oyunana başlaya bilsin”, - rusiyalı politoloq bildirib.

Onun sözlərinə görə, əgər bunu Ağ Evin yeni komandasının gələcəkdə təmas xəttində gücləndirmə imkanları kimi qiymətləndirsək, o zaman bu, süvari hücumu  kimi edilməmələdir.

“Xüsusən də, seçkilərdən sonra ABŞ-ın xarici siyasətində yaranmış fasilə yeni təşəbbüslərə aparmayacaq. Mən, hələ ölkənin siyasi inkişafının başında qara buludları nəzərə alaraq Ağ Evin Qarabağ yadına da düşməyək fikrini söyləmirəm. Bütün qüvvələr Tpampla mübarizəyə yönəlib. Və bu aylar ölkənin xarici siyasəti daxiliyə tabedir. 

Şəxsən mən izah edirəm ki, Ağ Evin fəallığı ATƏT-in Minsk qrupunda hissələrindən danışılmaqla bağlıdır. Nəzərə alsaq ki, Vaşinqton diplomatiyaların idarəolunması və münaqişəslərin mexanizmlərində kölgəyə çəkilib, xüsusən də Moskvaya assistentlik edərək hansısa artırılan vergül daha çox lazım idi. Admisitrasiya ilə münaqişə tərəflərinin paytaxtlarına Baydenin zəngi bu cür “vergül” oldu. Onun əsas məqsədi – biz sizi xatırlayırıq, sizin maraqları bilirik, bizim də regionda maraqlarımız var və biz bütün səylərimizi sərf edəcəyik”, - analitik qeyd edib.

Taktiki qarşıdurmalr qaçılmazdır...

A.Karayevin qənaətinə görə, münaqişənin nizamlanması rolunda Moskva vacib rol oynayır. Qarabağ məsələsinə ABŞ Moskva ilə rəqabətli zona olaraq baxmırsa, o zaman Vaşinqtonun vəzifəsi birgə səyləri artırmaqdır:

“Bu mənada hesab edirəm ki, Moskva və Vaşinqtonun münaqişənin müsbət həlli işində birgə səylərini göstərmək üçün ATƏT-in Minsk qrupu əvvəlki kimi yeganə formatdır. Ən azından sözdə həmrəylik”.

Eyni zamanda rusiyalı politoloqun fikrincə, qoşunların təmas xəttində son zamanlar atəşin azalması faktı Kremlin səylərinin aprelin 5-də Azərbaycan və Ermənistan hərbi rəhbərliyinin əldə etdiyi sülhün yekunu olaraq qiymətləndirilir.

“Atışmaların səviyyəsi on il öncəkinə endirilib. Düşünürəm ki bu, Azərbaycan və Ermənistan  prezidentlərinin yayda keçiriləcək görüşlərinə və Putinin regiona səfərinin hazırlığının pərdəarxası məqamları ilə bağlıdır. Bundan əlavə, Moskva qondarma “Dağlıq Qarabağ Respublikası” rejiminin rəhbərliyi ilə müntəzəm olaraq birbaşa işlərə başlayır. Buna görə də, gözləyək ki, nəticələr necə olacaq”- eskpert sözlərinə davam edib. 

Daha sonra rusiyalı ekspert qoşunların təmas xəttində yaxın iki-üç ay müddətində döyüşlərin olacağı ilə bağlı proqnozlarını bildirib:

“Təəssüflər olsun ki, Qarabağda hərbi fəaliyyətlərin başlanması ehtimalı var. Belə ki, aprel hadisələri yeni hərbi səhifələr açdı”. 

A.Karavayevin qiymətləndirməsinə görə, Qarabağ münaqişəsinin həlli tez bir zamanda baş verməyəcək. Lakin aralıq yekunlar bu işdə maraqlı tərəflərə tutduqları yolun düzgün olduğunu göstərməlidir. Hesab edirəm ki, bu proses yoxlanılaraq keçirilərsə, o zaman Azərbaycanla Ermənistan arasındakı böyük müharibə olmaya bilər. Lakin hasısa kiçik taktiki qarşıdurmalar  qaçılmazıdır”, - ekspert hesab edir.  

Moskva regionda güc balansını dəyişir

Karavayevin qiymətləndirməsinə görə, Azərbaycanda Kremilin hərbi-texniki potensialının planlı şəkildə gücləndirilməsi yalnız Rusiya üçün əlverişli ixrac müqavilələrinin nəticəsi deyil, eyni zamanda rəhbərliyin siyasi xəttinin uzunmüddətli perspektividir:

“Rusiyanın hərb sahəsində ixracı prezidenti xüsusi diqqətindədir ki, bu, Rusiya müdafiə sənayesi üçün əlavə valyuta axını xatirinə təsadüfi fürsətçi seçim ola bilməz. Buna görə də Azərbaycanın gücləndirilməsi – bu, Moskvanın məqsədli olaraq regionda balansının dəyişmə siyasətidir”.

Sonda Karavayev xatırladıb ki, Moskva tərəfindən Bakının hərbi potensialının gücləndirilməsi ilə bağlı xətt 2010-2011-ci illərdə başlanılıb. Bu zaman S-300 PMU-2 iki raket zenit kompleksi, “Top-2МE” bir neçə zenit kompleksinin batareyası, 60 ədəd çoxməqsədli Мİ-17 vertolyotu və 24Мİ-35 М təchiz edilməsi ilə bağlı bir sıra irimiqyaslı razılaşmalar əldə edilib.

Müqavilələr faktiki olaraq üç milyard dollar dəyərində, təchizatların son tarixi isıə  2017-ci il qiymətləndirilib. 

1news.az  

Paylaş:
770

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər