Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilib
2016-cı ilin 7 iyun tarixində Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Nazim Səmədovun iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, həmçinin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Naziri Altunbek Maksutov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Hüseyn Yayman və Kazaxıstanın İnvestisiya və İnkişaf nazirinin müavini Zamir Saginov iştirak edib.
Görüşdə “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirəcək 4 ölkənin (Azərbaycan, Qırğızıstan, Kazaxıstan, Türkiyə) 11 turizm şirkətləri müəyyən olunmuş və memorandum sənədi imzalanmışdır. Layihədə tərəfdaş qismində Azərbaycanın 3 turizm şirkəti (Millenium Turizm, Atlas Travel, A la Carte Travel) iştirak edəcək.
Nazirlərin görüşü İsyk Golda ekskursiya proqramı ilə başa çatmışdır.
1news.az