Politoloq: “İran Azərbaycanla münasibətlərə ciddi yanaşmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: “İran Azərbaycanla münasibətlərə ciddi yanaşmalıdır”

21:50 - 08 / 06 / 2016
Politoloq: “İran Azərbaycanla münasibətlərə ciddi yanaşmalıdır”

“Azərbaycan Prezidentinin İranla bağlı siyasəti heç zaman tənqid edilməyib. Azərbaycanın İranla bağlı siyasəti ancaq xeyirxahlığa yönəlib. Azərbaycan Prezidenti xaricdə olarkən  İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması məsələsini qaldırıb”. 

Bunu bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransda deyib.

Mərkəz sədrinin sözlərinə görə, Azərbaycan İrana tətbiq edilən sanksiyaların işləmədiyi dövlətdir: “Həmişə Azərbaycan Prezidenti İrana doğru yaxşı addımlar atıb. Azərbaycan Prezidentinə İsrailə səfərlə bağlı dəvətlər edilib. Lakin bu zaman Azərbaycan İranla münasibətləri nəzərə alıb. Azərbaycan Astara dəmiryolu körpüsünün İran tərəfini  maliyyələşdirir. İranla bağlı nə məsələ olsa, biz öndə olmuşuq. İranda zəlzələ olanda Azərbaycan ona yardım edib".

Politoloq deyib ki, İranla Ermənistan eyni dinin, mədəniyyətin daşıyıcısıdır: “Quranın ayələrində yəhudilərlə xristianlar bərabər tutulur. İran Quran ayəsini tanımır. İran deyir ki, yəhudilər Fələstini işğal edibsə, işğalçıdır. Amma İran Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini bu cür qiymətləndirmir. Ermənistan şiələri İŞİD-lə bir tutur. İran bunun əvəzində nə edir, Ermənistanı mükafatlandırır. İranın prezidenti deyir ki, yaxın zamanlarda Ermənistana gedəcəm. Nədir, orucluğa hazırlıqdır bu?”.

M.Əhmədoğlu əlavə edib ki, İran-Azərbaycan-Rusiya əməkdaşlığının müəllifi Azərbaycan Prezidentidir: “Azərbaycan 3 dövlətin əməkdaşlığını təklif etdi ki, neqativ ssenarilərə yer qalmasın. İran sübut etsin ki, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ABŞ-ın mövqeyindən fərqlənir. Bizim əlimizdə kifayət qədər imkanlar var. İran Azərbaycanla münasibətlərinə ciddi baxış keçirməlidir”.

Paylaş:
442

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər