Zakir Həsənov cəbhəboyu zonada olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov cəbhəboyu zonada olub - FOTO

10:47 - 08 / 06 / 2016
Zakir Həsənov cəbhəboyu zonada olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada olub.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, hərbi qulluqçuların döyüş, eləcə də atəş və taktiki hazırlıqlarının yüksəldilməsi məqsədilə nəzərdə tutulan təlim poliqonuna gələn nazir ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı görülən işlərlə maraqlanıb.

Müdafiə naziri ərazidəki komanda məntəqəsində olub, çöl şəraitində yaradılmış düşərgədə təlim keçən şəxsi heyətlə görüşüb, onların peşəkarlıq və döyüş qabiliyyətlərinin artırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.

Sonra nazirliyin rəhbərliyi hərbi şəhərcik ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib.

Ümumilikdə hər biri üç otaqdan ibarət 52 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən təmirli otaqlar mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Elə həmin gün müdafiə naziri cəbhəboyu zonada yeni istifadəyə verilən səhra hospitalının açılışını da həyata keçirib.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev görülən işlər barədə məruzə edərək bildirib ki, təxirəsalınmaz və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan səhra hospitalı ən müasir tibbi avadanlıqla tam təchiz olunub.

Hospitalın əməliyyat, reanimasiya, müayinə, intensiv terapiya, rentgen, laboratoriya otaqları və palataları ilə tanış olan nazir tibb personalı ilə görüşərək şəxsi heyətə daha keyfiyyətli tibbi xidmətin gostərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

1news.az

Paylaş:
649

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər