XİN Orlando şəhərində baş verən silahlı hücumla bağlı ABŞ-a başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

XİN Orlando şəhərində baş verən silahlı hücumla bağlı ABŞ-a başsağlığı verib

12:50 - 13 / 06 / 2016
XİN Orlando şəhərində baş verən silahlı hücumla bağlı ABŞ-a başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Orlando şəhərində baş verən silahlı hücumla bağlı ABŞ-a başsağlığı məktubu göndərib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“12 iyun 2016-cı il tarixində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq.

http://ads2.newmedia.az/www/delivery/lg.php?bannerid=0&campaignid=0&zoneid=466&loc=http%3A%2F%2Fwww.1news.az%2Faz%2Fresmi%2F20160613125033787.html&referer=http%3A%2F%2Fwww.1news.az%2Faz%2F&cb=92bbb44d76Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilənterror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

1news.az

 

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər