Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib - FOTO

15:31 - 15 / 06 / 2016
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib - FOTO

İyunun 15-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunub.

İclas çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə ikitərəfli görüşü də olub.

Görüşdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Sergey Şoyqu: “Rusiya və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq strateji xarakter daşıyır”

1news.az

Paylaş:
810

Son xəbərlər

Bütün xəbərlər