SOCAR Avropada hansı işləri görür? – İNFOQRAFİKA | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR Avropada hansı işləri görür? – İNFOQRAFİKA

16:46 - 17 / 06 / 2016
SOCAR Avropada hansı işləri görür? – İNFOQRAFİKA

Son günlər bir çox azərbaycanlı futbol həvəskarlarını (eləcə də digərlərini) bir vacib məsələ maraqlandırır –  Dövlət Neft Şirkətinə (SOCAR) Avropa Çempionatı-2016 çərçivəsində UEFA ilə tərəfdaşlıq nə üçün lazım oldu? 

Bu, təəccüblü deyil. Çoxları ilk dəfə bu razılaşma haqqında Avropa stadionlarında birincilik matçları zamanı SOCAR-ın reklam bannerlərini gördükdə xəbərdar oldular.

Bununla bağlı dərhal müxtəlif fikirlər yarandı: “Ölkənin investisiya imkanlarını reklam etmək daha yaxşı olmazdımı?”, “Nə üçün Azərbaycanın turizm imkanlarını göstərən reklamı yerləşdirməyək?”, “Carlsberg Avropada pivə satır, bəs SOCAR nə satır?” və s.

Bütün bu suallara SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin Avropda biznes maraqları və çoxmilyardlı investisiyaları və bundan ölkənin, eləcə də  vətəndaşların əldə etdiyi faydalar haqqında bir sıra mətbu orqanlarına müsahibəsində (həmçinin 1news.az-a) tam və dolğun olaraq cavab verib.

Mövzu ilə əlaqədar oxuyun:

Rövnəq Abdullayev: “Avropa çempionatında tərəfdaş qismində iştirakımız ümumilikdə diqqətləri Azərbaycana cəlb edəcək”

R.Abdullayevin sözlərinə görə, tərəfdaşlıq razılaşması imzalayaraq SOCAR, şirkətin biznes maraqlarını irəli sürüb ki, bu aktiv SOCAR-a öz investisiya portfelini şaxələndirərək qlobal brendə çevrilməsinə imkan yaradacaq.

Böyük həcmdə mətnləri oxumağa vaxtı olmayan oxucularımız üçün maraqlı infoqrafika tərtib etmişik. Burada SOCAR-ın Avropda gördüyü işlər və şirkət brendinin daha çox avropalının xəbərdar olmasının vacibliyi haqda ətraflı açıqlanıb. 

Bu məlumatdan qeyd etmək olar ki, SOCAR-ın sərmaya yatırdığı layihələr artıq gəlir gətirir, hətta bütün bunlar gələcəkdə böyük mənfəətlər vəd edir.

Yeri gəlmişkən xüsusi olaraq qeyd edək ki, UEFA tarixində ilk dəfə olaraq təşkilatın tərəfdaşının adında ölkə adı istifadə olunacaq. 

 “SOCAR – ENERGY OF AZERBAIJAN”(“SOCAR - Azərbaycan Enerjisidir”) – yaxın günlərdə Avro-2016-nın əsas stadionlarında məhz bu cür şüarlar səslənəcək.

İnfoqrafikanı böyük həcmdə yükləmək olar:

Paylaş:
3934

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər