XİN: Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Ermənistanda Bako Saakyanla görüşünü şərh edib.
1news.az-a XİN-ə istinadla verdiyi xəbərə görə, H.Hacıyev bildirib ki, Ştaynmayerin Bako Saakyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır.
“Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə də görüşəcək, həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq”.
1news.az
633