Putin və Olland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Fransua Olland arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair telefon söhbəti olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin başçısı kimi Fransua Ollandı Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın iyunun 20-də Sankt-Peterburqda keçirilən üçtərəfli görüşünün yekunları barədə məlumatlandırıb”.
Rusiya və Fransa liderləri ümidvar olduqlarını bildiriblər ki, bu görüşdə əldə olunan nəticələr sülh prosesinin inkişafına kömək edəcək. Bu vacib istiqamətdə birgə fəaliyyəti ATƏT-in Minsk qrupu çərçivəsində fəal surətdə davam etdirmək barədə razılıq əldə olunub.
Xatırladaq ki, iyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə üçtərəfli görüşü baş tutdu. Görüş danışıqlar prosesinin intensivləşdirilməsi, eləcə də Ermənistanın bu status-kvonu saxlamaq imkanına malik olmadığı sübut etdi.
Aprelin əvvəlində Azərbaycan SQ-nin qərarlı fəaliyyəti nəticəsində bir sıra strateji əhəmiyyətli ərazilər erməni işğalından azad edildi. Əgər İrəvan təxribatları dayandırmazsa və danışıqlar masasına əyləşərək hadisələri ölü nöqtədən irəlilətməzsə, bu, bütün dünyaya müharibə riskinin yeni dalğasını nümayiş etdirə bilər.
Yekunda məlum oldu ki, Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan danışıqlar prosesinə əlavə təkan verərək, eləcə də təmas xəttində ATƏT-in müşahidəçilərinin sayını artmağa razılaşdılar.
Mövzu ilə əlaqədar oxuyun:
Novruz Məmmədov: “Nalbandyan münaqişənin mərhələli həll variantını dərhal paket variantı etdi”
1news.az