Bağdadda törədilmiş terror aktının qurbanlarının xatirəsi İraqın Azərbaycandakı səfirliyində yad edilir
İraqın paytaxtı Bağdadda törədilmiş terror aktının qurbanlarının xatirəsinin yad olunması ilə əlaqədar İraqın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri səfirliyə gələrək İraq xalqına başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.
İraqda elan edilmiş üç günlük matəmlə əlaqədar səfirlikdə dövlət bayrağı aşağı salınıb.
Xatirə kitabı bu gün saat 17:00-dək açıq olacaq.
Mövzu ilə əlaqədar oxuyun:
Bağdadda törədilən terakt 200-dən çox insanın həyatına son qoydu
Bağdadda terror aktı : 75 ölü, 130 yaralı
1news.az
525