Bağdadda terror aktı : 75 ölü, 130 yaralı
İraqın paytaxtı Bağdadın mərkəzi məhəllələrindən birində avtomobilin partladılması nəticəsində azı 75 nəfər ölüb, 130 nəfər yaralanıb.
İraq rəsmi dairələrinin məlumatına əsasən partlayış sakinlərin Ramazan ayının başa çatması münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib.
Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
1077