Ceyms Uorlik: Azərbaycan və Ermənistan Qarabağda ATƏT-in monitorinq qrupunu genişləndirəcək | 1news.az | Xəbərlər
Siyasət

Ceyms Uorlik: Azərbaycan və Ermənistan Qarabağda ATƏT-in monitorinq qrupunu genişləndirəcək

15:25 - 27 / 07 / 2016
Ceyms Uorlik: Azərbaycan və Ermənistan Qarabağda ATƏT-in monitorinq qrupunu genişləndirəcək

Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılığa gəliblər.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik RİA Novosti-yə bildirib.

 “ATƏT-in Minsk qrupunun həmsədrləri Vyana və Sankt-Peterburq görüşlərində tərəflərin götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində aktiv çalışırlar. Prezidentlər təmas xətti və Ermənistan-Azərbaycan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılıq əldə ediblər.

Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin də iştirakı ilə münaqişənin tənzimlənməsi istiqamətində genişmiqyaslı danışıqların davam etdirilməsi planlaşdırılır. Tərəflər arasında gərginliyin azaldılması üçün diplomatiya istiqamətində irəliləyiş labüddür” - deyə, həmsədr qeyd edib.

1news.az

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər