Hindistanın xarici işlər nazirinin müavini Bakıda səfərdədir - FOTO
Azərbaycanda səfərdə olan Hindistanın xarici işlər nazirinin müavini xanım Sucata Mehta iyulun 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər qoyub.
1news.az
528