Həbsdə olan sabiq nazir azadlığa çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Həbsdə olan sabiq nazir azadlığa çıxdı

14:51 - 06 / 08 / 2016
Həbsdə olan sabiq nazir azadlığa çıxdı

Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

1news.az musavat.com-a istinadən xəbər verir ki, sabiq nazirin həbs müddəti başa çatıb.

Qeyd edək ki, N.Quliyev keçmiş MTN rəhbərliyi tərəfindən 2013-cü ilin 7 avqustunda həbs edilmişdi. həbs edilmişdi. Onun bağ evindən "Kalaşnikov" avtomatı götürülmüşdü.

Həmin vaxt sabiq nazir qanunsuz odlu silah saxlamada təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, N.Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğludur.

1news.az

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər