Hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir

16:21 - 06 / 08 / 2016
Hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir

Körfəz ölkələrindən hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir.

1news.az xəbər verir ki, bu barədə “Falcon Travel” şirkətinin direktoru Pərviz Musayev Azərtac-a müsahibəsində deyib.

O bildirib ki, “Azərbaycan Hava Yolları”, “FlyDubai” və “Qatar Airways”lə Bakıya olan gündəlik reysləri hesablasaq ölkəmiz hər gün 600-1000 arası ərəb turist qəbul edir. Gələn turistlərin ölkəmizdəki gündəlik xərcləri isə minimum 150-200 dollardan başlayır.

P.Musayevin sözlərinə görə ölkəmizdə olan ərəb turistləri vətənlərinə qayıtdıqdan sonra onlarla əlaqə qurulur və təəssüratları öyrənilir:

“Ərəb ölkələrindən gələn turistlərin 99 faizi Azərbaycanda olmaqdan məmnunluqlarını bildirir və növbəti illərdə də məhz ölkəmizi seçəcəklərini söyləyirlər. Azərbaycandakı münasib qiymətlər və otellərdəki xidmət səviyyəsi, o cümlədən də ölkəmizin təbiəti ərəb turistləri cəlb edir.

Lakin, narazı olduqları xırda sahələrdə var ki, bunlar da ünsiyyət problemi ilə bağlıdır. Taksi sürücüləri, mağazalarda satıcıların xarici dilləri, əsasən də ingilis dilini zəif bilmələri turistlərin istəklərini çatdırmalarında problem yaradır. Ölkədə beşulduzlu otellərin sayının artırılması da vacib məsələlərdən biridir. Çünki, indiki vəziyyət onu göstərir ki, gələn il Azərbaycana səfər edən ərəb turistlərin sayı bu ilkindən daha çox olacaq”, - deyə P.Musyev vurğulayıb.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər