İsti hava şəraiti davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İsti hava şəraiti davam edəcək

13:16 - 08 / 08 / 2016
İsti hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 9-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 20-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

1news.az

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər