Ağcabədi, Ağdam və Tərtərdə top mərmiləri və partlamamış hərbi sursatlar aşkar edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədi, Ağdam və Tərtərdə top mərmiləri və partlamamış hərbi sursatlar aşkar edilib – FOTO

17:40 - 08 / 08 / 2016
Ağcabədi, Ağdam və Tərtərdə top mərmiləri və partlamamış hərbi sursatlar aşkar edilib – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi, Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında yeni hesabatını yayıb.

1news.az xəbər verir ki, hesabata görə, bu il avqustun 8-də Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilən zaman partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 3 000 kv.m ərazi yoxlanılıb.

Eyni zamanda Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilən zaman partlamış top mərmisi və 9M22U raketi (Qrad) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 3 000 kv.m ərazi yoxlanılıb.

Bundan başqa Tərtər rayonunun Şıxarx kəndində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, partlamış  hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 8 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində  642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1news.az

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər