Pakistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb – FOTO –YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Pakistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb – FOTO –YENİLƏNİB

14:59 - 08 / 08 / 2016
Pakistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb – FOTO –YENİLƏNİB

Pakistanın Kvetta şəhərində xəstəxanada baş vermiş partlayış nəticəsində həlak olanların sayı 93  nəfərə çatıb, bu haqda Sinxua agentliyi Bəlucistanın Səhiyyə Nazirliyinə istinadla   məlumat yayır. 

Daha əvvəl partlayış nəticəsində həlak olanların sayı 53, yaralıların isə 56-ya yaxın olduğu bildirilirdi. 

Qeyd edək ki, partlayış bazar etsəsi səhər saatlarında Bəlucistanın Vəkillər Kollegiyası Asossiasiyasının prezidenti Bilal Ənvər Kasinin ölümdən sonra baş verib. O hospitala gətiriləndən sonra tibb müəssisəsinə onun həmkarları da gəlib. Bundan sonra isə partlayış baş verib. Partlayış nəticəsində bir neçə vəkil yaralanıb, bir jurnalist həlak olub, daha biri isə yaralanıb.

Bəlucistanın daxili işlər nazirinin bəyanatına görə, partlayışı kamikadze həyata keçirib. Minaaxtaranların məlumatına görə, kamikadzenin üstündə 8 kiloqramdan 10 kq-a qədər partlayıcı olub.

Məlumat verilir ki, partlayışdan sonra atışma da olub. Xüsusi xidmət əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıb, həyəcan siqnalı verilib

RİA Novosti

12:00

Pakistanın Kvetta şəhərində xəstəxanada baş vermiş partlayış nəticəsində həlak olanların sayı ən azı 53 nəfərə, yaralılar isə 50 nəfərə çatıb, bu haqda Express Tribune nəşri məlumat yayır. 

Daha əvvəl partlayış nəticəsində həlak olanların sayı 40 nəfər olduğu haqda məlumat yayılmışdı.

RİA Novosti

11:00

Pakistanın Kvetta şəhərində xəstəxanada baş vermiş partlayış nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb, bu haqda Express Tribune nəşri məlumat yayır. 

Partlayış səhər saatlarında Bəlucistanın Vəkillər Kollegiyası Asossiasiyasının prezidenti Bilal Ənvər Kasinin ölümdən sonra baş verib. O hospitala gətiriləndən sonra tibb müəssisəsinə onun həmkarları da gəlib.

Bundan sonra isə partlayış baş verib. Partlayış nəticəsində bir neçə vəkil yaralanıb, bir jurnalist həlak olub, daha biri isə yaralanıb. Daha əvvəl partlayış nəticəsində həlak olanların sayı 30, yaralılar isə 50-yə yaxın olduğu bildirilirdi. 

Bəlucistanın daxili işlər nazirinin bəyanatına görə, partlayışı kamikadze həyata keçirib.

Xüsusi xidmət əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıb, həyəcan siqnalı verilib

РИА Новости

10.20 

10:20

Pakistanın Kvetta şəhərində xəstəxanada baş vermiş partlayış nəticəsində 25 nəfər həlak olub, 35-i isə yaralanıb.

Partlayış səhər saatlarında baş verib. Partlayış xəstəxananın reanimasiya şöbəsində baş verib.

Polisin məlumatına görə, partlayışdan sonra naməlum şəxs atəş açıb. Xüsusi xidmət əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıb, həyəcan siqnalı verilib.

RİA Novosti

Paylaş:
868

Son xəbərlər

Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10Sentyabrda hava iqlim normasından 2 dərəcə yüksək olub04 / 10 / 2024, 16:47Qaradağda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib04 / 10 / 2024, 16:42Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək04 / 10 / 2024, 16:26ADY rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib04 / 10 / 2024, 15:51ASCO “Art Plast” layihəsini təqdim edib - FOTO04 / 10 / 2024, 15:43Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb04 / 10 / 2024, 15:34Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər04 / 10 / 2024, 15:33“Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək”04 / 10 / 2024, 15:01YARDIMA ÇAĞIRIŞ: 16 yaşlı Əjdər kəskin limfoblast leykozdan əziyyət çəkir - FOTO04 / 10 / 2024, 14:58İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - FOTO - YENİLƏNİB 204 / 10 / 2024, 14:52Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında memorandum imzalanıb04 / 10 / 2024, 14:38Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb04 / 10 / 2024, 14:23Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür04 / 10 / 2024, 14:11Dövlət başçısı: Ermənistan təhlükəli oyunlara qoşulub04 / 10 / 2024, 14:01Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək04 / 10 / 2024, 13:55
Bütün xəbərlər