Xırdalanda sahibsiz itlər güllələnib: dəhşətli mənzərə - FOTO
Bu gün səhər saatlarında Xırdalan sakinləri güllə səslərinə oyanıblar.
1news.az 1Xəbər.com-a istinadən xəbər verir ki, əvvəlcə hamı hansısa quldur dəstəsinin polis tərəfindən zərərləşdirilməsini zənn edib küçəyə çıxsa da, sonradan gördükləri mənzərə qarşısında şoka düşüblər.
Belə ki, şəhərin əsas prospekti olan Heydər Əliyev pr. boyu sahibsiz itlərin al qana boyanmış cəsədləri sıralanıb.
Məlum olduğu kimi, hazırda sahibsiz itlərlə mübarizə vasitəsi kimi, dövlət bu asan və vəhşiliyi ehtiva edən yolu qadağan edir.
Əvəzində, dövlət büdcəsindən vəsait ayrılaraq sahibsiz it və pişiklərin saxlanılması üçün şəhər kənarında xüsusi ərazi ayrılıb.
Təqdim etdiyimiz fotodan da göründüyü kimi itlərə qarşı amansız addım Xırdalanda yanacaq doldurma stansiyasının qarşısında həyata keçirilib. Ətraf yaşayış evləri ilə dövrələnib. Hədəfdən kiçicik bir yayınma böyük fəlakətlə nəticələnə bilər.
Xatırladaq ki, bu ərəfə itlərin balalama mövsümü sayıldığı üçün öldürülən itlərin boğaz olduğu fotolardan aşkar görünür.
1news.az