“Ağıllı” üzüklər istehsal olundu – VİDEO
Sevdiyiniz insana hisslərinizi ifadə etməyin müxtəlif yolları mövcuddur.
1news.az Technote-yə istinadən xəbər verir ki, romantik və innovasiyanı sevən cütlüklər üçün dizayn olunmuş yeni “HB Ring” adlı ağıllı üzüklə sevdiyiniz insanın ürək döyüntülərini barmağınızda hiss etdirə bilər, hətta ona müxtəlif məsajlar göndərə bilərsiniz.
Paslanmaz poladla üzlənmiş və tamamilə safir kristal gövdədən təşkil olunmuş bu üzüklər funksional olmaqla də diqqət çəkirlər. Bu üzüklə sevdiyiniz şəxsə mesaj göndərmək üçün üzüyün üstündəki qırmızı düyməni yandırmaq lazımdır. Qarşı tərəfə mesaj gələndə də qırmızı işıq yanır.
Üzüyün qiymətinin 600 dollardan başlayacağı deyilir.
1news.az
825