Qida hazırlayan 3D ev printeri yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qida hazırlayan 3D ev printeri yaradılıb

00:05 - 09 / 08 / 2016
Qida hazırlayan 3D ev printeri yaradılıb

“Natural Machines” startapı qida üçün “Lipson” adlı 3D ev printeri yaradıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qurğu müxtəlif inqrediyentlərdən ibarət 8 kartricin köməyi ilə müxtəlif qidaları çap edə bilər. Cihazın ölçüsü kofeqaynadan boydadır.

Əvvəllər ixtiraçılar tərəfindən qida çap etmək üçün təqdim edilmiş 3D printerlərin dəyəri nisbətən baha və inqrediyentlər çox məhdud idi. Yeni qurğuda kartriclərin daxilində dondurulmuş püre formasında inqrediyentlər var. “Lipson” bu inqrediyentlərdən yeməli tozlar, gellər, pastalar və başqa qidalar hazırlayır.

Tərtibatçıların sözlərinə görə, proqram təminatı 3D printerin işləməsində aparıcı rol oynayır. Əvvəllər belə qurğular detalların çapı üçün istifadə olunurdu.

Qida hazırlamaq üçün fərdi 3D printerə 5-10 il sonra hər kəs sahib ola bilər. Qurğu Beynəlxalq Kulinariya Mərkəzinin dəstəyi ilə yaradılıb.

Alimlər düşünürlər ki, “Lipson” qurğusu 2020-2025-ci illərdə hər bir mətbəxin bəzəyi olacaq.

1news.az

 

Paylaş:
512

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər