BDU-nun yataqxanasında və avtotəmir sexində intihar etdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun yataqxanasında və avtotəmir sexində intihar etdilər

14:12 - 09 / 08 / 2016
BDU-nun yataqxanasında və avtotəmir sexində intihar etdilər

Bakıda iki intihar hadisəsi baş verib.

1news.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Yasamal rayonu, Mətbuat prospekti 35-də yerləşən Bakı Dövlət Universitetinin (BDU) yataqxanasındakı istifadəsiz otaqlardan birində Bakı şəhər sakini 1960-ci il təvəllüdlü Mütəllim Rəhimov özünü asaraq intihar edib.

Daha bir intihar hadisəsi paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Kürdəxanı qəsəbəsi D.Vasif küçəsi ev 113 ünvanında yerləşən avtotəmir sexində çalışan 2001-ci il təvəllüdlü Teymur Həsənli özünü tavandan trosla asaraq intihar edib.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

1news.az

 

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər