Tovuzda 7 nəfər qarpızdan zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda 7 nəfər qarpızdan zəhərlənib

1news Redaksiyası15:30 - 09 / 08 / 2016
Tovuzda 7 nəfər qarpızdan zəhərlənib

Tovuz rayonunda 7 nəfər qarpızdan zəhərlənib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, avqustun 7-də Tovuz şəhərində yaşayan Sitarə Hüseynova, qızı Tamara, oğlu Elvin və qonaqları Rəşad Kərimov, onun arvadı Maya Həsənova, qızı Nuray, oğlu Yusif qıdadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər