Salyanda ağr qəza: bir ailənin beş üzvü xəstəxanalıq olub
Ələt-Astara magistral yolunun Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayon sakini Rövşən Heydərovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ikisi azyaşlı olmaqla bir ailənin beş üzvü - Lənkəran rayon sakinləri, 56 yaşlı Məhbubə Qüdrət qızı Heydərova, 51 yaşlı Mətanət Qafur qızı Babayeva, 23 yaşlı Günel Müqabil qızı Heydərova, 3 yaşlı Heydər Elşən oğlu Heydərov və 3 aylıq Sevinc Elşən qızı Heydərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.
1news.az
474