Azərbaycanla Malta arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş təsdiq edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında 2016-cı il aprelin 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Malta Respublikası Hökumətinə bildiriş göndərsin”.
1news.az