Əhali ən çox “Forma-1” arayışı alır - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhali ən çox “Forma-1” arayışı alır - STATİSTİKA

11:45 - 10 / 08 / 2016
Əhali ən çox “Forma-1” arayışı alır - STATİSTİKA

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron və onlayn xidmətlərindən indiyədək 500 min dəfədən artıq istifadə edilib

1news.az xəbər verir ki, Komitənin elektron xidmətlərinə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının səmərəli idarə edilməsi, dövlət əmlakının özəlləşdirilməsi məqsədilə keçirilən hərraclar, dövlət əmlakının icarəsi ilə bağlı interaktiv və informativ xidmətlər daxildir.

Hazırda komitə tərəfindən əhaliyə 3-ü SMS xidmətlər olmaqla 31 adda elektron xidmət göstərilir. Komitənin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və ləğvi istiqaməti üzrə 6 elektron xidməti fəaliyyət göstərir. Əmlakın hərraclarla satışı üzrə 8, daşınmaz əmlak üzərində yüklülüyün qeydiyyatı və ləğvi istiqaməti üzrə 12, dövlət əmlakının idarə edilməsi ilə bağlı 1, informativ tipli 4 elektron xidmət aktivdir.

Məlumata görə, Komitənin elektron xidmətlərindən indiyədək 500 min dəfədən artıq istifadə edilib. Elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, təqribən 263 mini daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların  - “Forma-1”in alınmasına  aiddir.  Statistika göstərir ki, hər ay vətəndaşlara orta hesabla 10 mindən artıq “Forma-1” arayışları onlayn formada təqdim edilir. 2015-ci ilin ilk 4 ayında 37 minə yaxın “Forma-1” arayışı təqdim edilmişdisə, 2016-ci ilin eyni dövründə bu arayışların sayı təqribən 20 faiz artaraq 44 mini keçib. Artımın əsas səbəbi, daşınmaz əmlakla əməliyyatların artması və arayışın alınmasının sadələşdirilməsidir.

Eyni zamanda, bu ilin birinci yarısı ərzində “Forma-1” arayışlarının real vaxt rejimində notariuslara verilməsi ilə bağlı daxil olan müraciətlərin sayında da ciddi artım müşahidə olunur. 2016-cı ilin ilk 6 ayı ərzində bu say 62 mindən çox olub.

1news.az

Paylaş:
4527

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər