Rusiya və Fransa XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Rusiya və Fransa XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

23:17 - 11 / 08 / 2016
Rusiya və Fransa XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan Mark Eyro arasında telefon danışığı olub.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, nazirlər telefon danışığı zamanı Suriyadakı böhranı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Rusiya XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

“Suriya mövzusu və Dağlıq Qarabağ nizamlanmasındakı vəziyyətə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.

1news.az

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər