Bakıda “Gəncliyin sevgisi sərhədsizdir” adlı qanvermə aksiyası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Gəncliyin sevgisi sərhədsizdir” adlı qanvermə aksiyası keçirilib – FOTO

15:18 - 12 / 08 / 2016
Bakıda “Gəncliyin sevgisi sərhədsizdir” adlı qanvermə aksiyası keçirilib – FOTO

Avqustun 12-də Beynəlxalq Gənclər günündə Bakıda “Gəncliyin sevgisi sərhədsizdir” adlı kampaniya çərçivəsində gənclərin iştirakı ilə gənclər arasında qanvermə aksiyası keçirilib.

1news.az-ın məlumatına görə, Gənclər üçün Təhsil Mərkəzi, Qan Donorları Assosasiyası və Mərkəzi Qan Bankı tərəfindən təşkil edilən aksiyanı giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə donorları salamlayıb və bildirib ki, bu gün aksiyada əcnəbi gənclərin iştirakı və onların donor qismində çıxış eləməsi qan xəstəliyindən əziyyət çəkən insanlara qarşı bu sevginin sərhəd tanımadığına əyani sübutdur.

Onun sözlərinə görə, bu gün öz qanını həmvətənləri ilə bölüşməyə hazır olan gənclik sabah bəşəriyyət uğrunda istənilən fədakarlığa imza atacaq: “Çünki onların gözlərindəki insan sevgisi hər şeydən alidir”.

Sonra Qan Donorları Assosasiyasının rəhbəri Fuad Əsgərov bildirib ki, bu əlamətdar günün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir.

Bildirilib ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. 

Qeyd edək ki, qanvermə aksiyasının keçirilməsində əsas məqsəd isti yay günlərində hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasıdır.

Qanvermə aksiyası həmçinin region gənclərinin sağlamlıq məsələlərinə diqqət artırmağı, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək verməyi, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmağı nəzərdə tutub.

1news.az

Paylaş:
643

Son xəbərlər

Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55
Bütün xəbərlər