Bərdədə velosiped vuran qadın öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə velosiped vuran qadın öldü

15:52 - 12 / 08 / 2016
Bərdədə velosiped vuran qadın öldü

Bərdə rayonunda velosipedlə vurulan qadın dünyasını dəyişib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, avqustun 4-də saat 08:00 radələrində Bərdə şəhərində şəhər sakini Nicat Məmmədov idarə etdiyi velosipedlə yolu keçən həmyerlisi Əzizə Mehralıyevanı vurub.

Ə.Mehralıyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb və avqustun 11-də evində ölüb.

1news.az

 

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər