ABŞ-ın Azərbaycanda yeni səfir müavini təyin olunub | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Azərbaycanda yeni səfir müavini təyin olunub

16:47 - 12 / 08 / 2016
ABŞ-ın Azərbaycanda yeni səfir müavini təyin olunub

ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni səfir müavini təyin olunub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə səfirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, yeni müavin Uilyam Gil 1995-ci ildən ABŞ dövlət Departamentində çalışır. O, ABŞ-ın Diplomatik Xidmət İdarəsinin karyera əməkdaşıdır.

Bakıya gəlməzdən öncə Vaşinqtonda İnsan Resursları Bürosunda İnkişaf Məsələləri üzrə Əməkdaş kimi çalışıb. U.Gil 2011-2013 illərdə Qərbi Avropa Məsələləri üzrə Şöbəsinin direktor müavini və müvəqqəti direktoru işləyib. O, 2007-2011 illərdə Milanda ABŞ konsulu,  2005-2007 illərdə isə Beyrutda ABŞ-ın konsulu kimi çalışaraq 2006-cı ilin iyul-avqust müharibəsi zamanı 15 000 amerikalının təxliyə əməliyyatını əlaqələndirməkdə iştirak edib.

Yeni səfir müavini Hindistan və Mərakeşdə də fəaliyyət göstərib. 

O, Virciniya ştatında anadan olub, fransız, Azərbaycan, italyan və ərəb dillərində danışır.

Daha əvvəl səfirlikdə bu vəzifəni Derek Hoqan icra edib.

1news.az

Paylaş:
545

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər