Azərbaycan tankçıları beyəlxalq yarışda 5-ci odu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan tankçıları beyəlxalq yarışda 5-ci odu – FOTO

21:51 - 12 / 08 / 2016
Azərbaycan tankçıları beyəlxalq yarışda 5-ci odu – FOTO

Rusiya Federasiyasında keçirilən "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan tank heyətləri uğurlu nəticə əldə ediblər.

1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadəən xəbər verir ki, 17 ölkədən 54 tank heyətinin yarışdığı beynəlxalq hərbi turnirdə tankçılarımız ümumi nəticədə yeddinci yerə, ən yaxşı heyət siyahısında reytinqə görə sıralamada isə beşinci yerə layiq görülüblər.

"Tank biatlonu" müsabiqəsində ilk dəfə iştirak edən Azərbaycan tankçıları müxtəlif tapşırıqları yüksək səviyyədə icra edərək hədəfləri ustalıqla məhv edib, maneələri bacarıqla keçərək yüksək idarəçilik qabiliyyəti nümayiş etdiriblər.

Qeyd edək ki, müsabiqəyə öz tankları ilə qatılan komandalardan fərqli olaraq, hərbçilərimiz püşkatma yolu ilə onlara düşən tanklarda çıxış etmələrinə baxmayaraq ayrı-ayrı mərhələlərdə qaliblər sırasında olublar.

Ümumi nəticədə Ermənistan komandasını geridə qoyan tankçılarımızın peşəkarlığı, bacarığı yarışların münsiflər heyəti, hakimlər, eləcə də mütəxəssislər və müxtəlif ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, iyulun 30-dan başlayan müsabiqə Rusiya, Belarusiya, Qazaxıstan və Çin tank heyətlərinin iştirakı ilə avqustun 13-də keçiriləcək final mərhələsi ilə sona çatacaq.

1news.az

Paylaş:
624

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər